Previous Next

Tələbələr Heydər Əliyev Mərkəzini ziyarət ediblər

     

Ötən həftədən Məktəbəqədər təhsil fakültəsində start götürən “Heydər Əliyev dərsləri” aprelin 17-də həmin fakültənin  KRT2201, TSP2204 nömrəli qruplarında keçirilib. 

     Əvvəlcə tələbələrə Pedaqoji Universitetdə Heydər Əliyev Mərkəzinin yaradılması tarixi, burada ilboyu keçirilən tədbirlər və nümayiş olunan eksponatlar barədə məlumat verilib. Daha sonra 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı diqqətə çatdırılıb.

    Dərsin iştirakçıları Ümummilli Liderin çoxşaxəli fəaliyyəti, fenomenal şəxsiyyəti, Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri barədə mühazirəni dinləyiblər, Ulu Öndərə həsr olunmuş sənədli filmə maraqla tamaşa ediblər.

    Dərsin gedişində tələbələr mərkəzdəki eksponatlarla tanış edilib, Heydər Əliyevin həyatı və zəngin  fəaliyyəti ilə bağlı faktlarla məlumatlandırılıblar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search