Previous Next

Danimarkanın Kopenhagen Universitet Kollecinin müəllimləri ADPU-da

 

Aprelin 17-də Erasmus+ KA1 müdbadilə proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Danimarkanın Kopenhagen Universitet Kollecinin (KUK) müəllimləri Lise Halkier və Lotte Klint ilə ADPU-nun Məktəbəqədər fakültəsinin dekanı dosent Nailə Hüseynova və fakültənin müəllimləri, Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Nurəngiz Mahmudova və mütəxəssisi Taisa Mamedova arasında görüş keçirilib.
Görüşün məqsədi ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin fəaliyyəti ilə tanış olmaq və bu fakültədə tədris olunan ixtisaslar üzrə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparmaqdır.
Qeyd edək ki, danimarkalı nümayəndələr həftə ərzində ADPU-nun qonağı olacaqlar və səfər çərçivəsində universitetin müəllim və tələbə heyəti ilə görüşəcək, təlimlər keçirəcək, məktəbəqədər, ibtidai və xüsusi təhsil müəssisələrinə baş çəkəcəklər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search