Aprelin 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH qruplarının təşkilatçılığı ilə ilk tibbi yardımla bağlı təlim keçirilib.
Seminarda çıxış edən tibbi-praktik işlər üzrə ekspert Səadət Zərbəliyeva tələbələrə ilk tibbi yardımla bağlı ətraflı məlumat vermiş, ilkin tibbi yardım prosedurları praktik olaraq, nümayiş olunub. Seminar iştirakçılarının və tələblərin sualları cavablandırılıb.
Sonda ADPU SABAH qrupları Mərkəzinin rəhbəri dosent Lalə Mürsəlbəyova çıxış edərək, məlumatlandırıcı seminar üçün ekspertə təşəkkür edib.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.