2023-cü il aprelin 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin daha bir qrupu (MQT 2021B) Heydər Əliyev Mərkəzini ziyarət edərək “Heydər Əliyev dərsləri”ndə iştirak edib. Tələbələr Mərkəzdə nümayiş olunan eksponatlarla tanış olub, onlara Ümummilli Liderin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilib. Daha sonra dərsin iştirakçıları “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” mövzusunda mühazirəni dinləyib, dünyanın görkəmli siyasi və dövlət xadimlərinin, tanınmış politoloq və yazarların Heydər Əliyev haqqında fikirlərindən ibarət slaydları izləyiblər. Ulu Öndər haqqında çəkilmiş qısametrajlı sənədli film xüsusi marağa səbəb olub.
Sonda tələbələr dərs zamanı verilən məlumatlar əsasında hazırlanmış sualları cavablandırıb, müzakirələrdə iştirak ediblər.