Previous Next

ADPU-da ECAR layihəsi çərcivəsində Litva səfərinin yekunları müzakirə olunub

Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Univeritetində (ADPU) tədris işləri üzrə prorektorluq və fakültə dekanları arasında “Rektorlar Konfransının yaradılması” (ECAR) adlı ERASMUS+ layihəsi çərçivəsində Litva səfərinin yekunları, layihə çərçivəsində yaradılmış tədris işləri üzrə komitə işləri haqda yekun hesabat görüşü baş tutub.
Görüşdə tədris işləri üzrə prorektor dosent Eldar Aslanov Litvada ali təhsil sistemi, akkreditasiya qaydaları, qiymətlərin miqyası və nəticələri, MRU-da daxili keyfiyyət təminatı sistemi, tələbə yönümlü təhsil məsələləri haqqında məlumat verib. Həmçinin Mykolas Romeris Universitetinin akademik heyətin idarə edilməsinə dair siyasəti, pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması və sertifikatlaşdırılması, o cümlədən pedaqoji heyətin peşəkar inkişafı kimi mühüm mövzulardan bəhs edildi.
Qeyd edək ki, 2021-2024-cü illəri əhatə edən və Bakı Biznes Universitetinin koordinatoru olduğu ECAR layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihədə yerli tərəfdaş universitetlər və Avropadan olan ali məktəblər, təşkilatlar iştirak edirlər. Əsas məqsədlərdən biri Azərbaycanda Rektorlar Konfransının yaradılması ilə yerli və Avropa ali məktəbləri arasında sıx əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə nail olmaqdır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search