Previous Next

İbtidai təhsil fakültəsində Ulu Öndərə həsr edilmiş kitab təqdim olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İbtidai təhsil fakültəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində mayın 17-də İbtidai təhsil fakültəsinin dekanı professor Qızxanım Qəhrəmanovanın, Bakı Dövlət Universitetinin (BDU) əməkdaşı, pedaqoqika elmləri doktoru Nübar Muxtarovanın və hüquqşünas Zaur Mustafayevin müəllifi olduqları “Yüksəlişə gedən yol Vətəndən başlanır” adlı kitabın və İbtidai təhsilin pedaqogikası kafedrası əməkdaşlarının elmi-tədqiqat əsərlərinin materialları əsasında hazırlanmış “İbtidai təhsilin problemləri” (elmi redaktoru: prof. F.A.Rüstəmov) kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Ulu Öndərə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.
Hər iki əsəri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə dəyərli töhfə hesab edən fakültənin dekanı prof. Q.Qəhrəmanova Heydər Əliyevin təhsil strategiyası haqqında məruzə ilə çıxış edib. İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri prof. Fərrux Rüstəmov “Yüksəlişə gedən yol Vətəndən başlanır” kitabının elmi məziyyətlərindən danışmış, müəlliflərin Ulu Öndərin şəxsi həyatının, ictimai-siyasi və dövlətçilik fəaliyyətinin ən mühüm məqamlarını peşəkarlıqla təhlil etdiklərini diqqətə nəzərinə çatdırmışdır.
Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrasının müdiri prof. Əbülfət Pələngov, İbtidai təhsilin pedaqogikası kafedrasının dosenti Şahrza Ağayev və başqaları Ulu Öndərə həsr edilmiş kitabları fakültənin elmi uğuru kimi dəyərləndiriblər. Fakültənin III tədris ili tələbəsi Adilə Məmmədlinin aparıcılığı ilə davam edən tədbirdə İBT2006 saylı qrup tələbəsi Fatimə Ağabalayeva, İBT2106 saylı qrup tələbəsi Fidan Ələkbərli və İBT2009 saylı qrup tələbəsi Adilə Məmmədli Ulu Öndərə həsr edilmiş mahnı və şeirlər səsləndirmişlər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search