Mayın 16-da Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının və Quba rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının və Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, təşkilatçı qurumların, ictimai təşkilarların rəhbərləri, şəhid ailələri, mədəniyyət işçiləri, gənclər və tələbələr iştirak etmişdir.
Tədbirdə filialın tələbələri fəal iştirak etmişdir.