ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim–tədris mərkəzi tərəfindən “Məktəbəqədər təhsil müəssisələrinin idarə olunması” adlı 10 günlük onlayn təlim davam edir.
Təlimin əhatə etdiyi mövzular:
- Məktəbəqədər təhsil müəssisələrinin idarə edilməsi
- Məktəbəqədər təhsil müəssisələrində sənədləşmə
- Sənədlərin tərtib olunub işlənməsi, təhvil verilməsi
- Hesabatlılıq
- Məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətlə, valideynlərlə işin təşkili
- Metodiki işin təşkili istiqamətləri
Qeyd edək ki, təlim Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi, p.ü.f.d., təlimçi
Xalidə Həmidova tərəfindən keçirilir.