Previous Next

Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlərin qeydiyyat qaydaları

2023-2024-cü tədris ilində ADPU-nun bakalavriat səviyyəsinə qəbul olunmuş şəxslərin qeydiyyatı elektron qaydada aparılacaq. Qeydiyyat prosesi 05.09.2023-cü il saat 11:00-da başlayacaq və 14.09.2023-cü il saat 18:00-da başa çatacaq.
Abituriyentlər elektron qeydiyyat üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Qeydiyyat zamanı tələb olunan sənədlərə posterlərdə baxa bilərsiniz. Sənədləri yüklədikdən sonra, əgər hansısa düzəliş yoxdursa, ödəniş hissəsinə keçiriləcək. Ödənişi "Hökumət Ödəniş Portalı" (gpp.az), "Birbank" tətbiqi, "Emanat" və "Eksprespay" ödəniş aparatları ilə FİN kod vasitəsilə, banklarda isə invoys kodla (invoys kod ödəniş hissəsində sizə veriləcək) ödəyə bilərsiniz. 
Təhsil haqqının minimum 50%-i ödənilməlidir. 
14 sentyabra kimi qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisəsinə qəbul olunmaqdan imtina etmiş hesab olunur.
Tələbə Təhsil Krediti Fonduna müraciət edən tələbələr təhsil müəssisəsini məlumatlandırmalıdırlar. Bunun üçün elektron qeydiyyat zamanı müvafiq bənd işarələnməlidir.
Ödənişli əsaslarla qəbul olunub təhsil haqqından azd olunan, yaxud təhsil haqqına güzəşt hüququ olan tələbələr elektron qeydiyyat zamanı müvafiq bəndi seçərək aid olduqları kateqoriyanı seçməli və tələb olunan sənədlərin elektron variantını sistemə yükləməlidirlər.
Dərslər başladıqdan sonra tələbələr müvafiq sənədləri əyani qaydada ali təhsil müəssisəsinə təqdim etməlidirlər.
Əlavə məlumat üçün: 
Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyli 68 
Tel.: (+994 12) 493 00 32; (+994 12) 493 35 05.
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
#adpu #qəbul #tələbə #Pedaqoji #müəllim #ElmvəTəhsilNazirliyi #eduaz

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search