Previous Next

“Məktəb Liderliyi Proqramı”nın II çağırış üzrə müsahibə mərhələsi davam edir

Sentyabrın 6-dan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilən, gələcəkdə dövlət ümumtəhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün nəzərdə tutulan“Məktəb Liderliyi Proqramı”nın II çağırışı üzrə müsahibələrin əyani mərhələsinə start verilmişdir.  
Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonundan müraciət edən namizədlərin müsahibələri 13 sentyabr tarixinə qədər davam edib. 
Məlumat üçün qeyd edək ki, digər şəhər və regionlardan müraciət edən namizədlər üçün müsahibə mərhələsi 16 sentyabrdan etibarən onlayn formada təşkil olunacaqdır.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search