Previous Next

Milli Müdafiə Universitetinin nümayəndə heyəti ADPU-da olub

Oktyabrın 11-də Azərbaycan Respublkası Müdafiə Nazirliyinin Milli  Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrlə görüşüb.
Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Dövlət himni səsləndirildi.
Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov  giriş sözündə gənc nəslin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini vurğuladı. 
Çıxış edən Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov Ali Baş Komandan  cənab Prezident  İlham Əliyevin daimi diqqət mərkəzində olan müzəffər Azərbaycan ordusunun yüksək döyüş hazırlığından söz açdı.
Vətən müharibəsi qəhrəmanı polkovnik Nizami Mövlanov və polkovnik-leytenant Firavan Şərfalıyev 44 günlük savaşla bağlı maraqlı məqamları tələbələrlə bölüşdülər.
Sonra tələbələrə hərbi qulluqçularımızın döyüş hazırlığı, əsgər və zabitlərimizin gündəlik fəaliyyəti haqqında videoçarx təqdim olunub, onları maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, ADPU-nun rəhbərliyi və professor-müəllim heyətinin də iştirak etdiyi görüşdə elm və təhsil sahəsində əməkdaşlıq haqqında bir sıra müzakirələr aparıldı.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search