Previous Next

ADPU-nun Şəki filialında “Heydər Əliyev və dini dəyərlərimiz” mövzusunda konfrans  keçirilib

Oktyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Heydər Əliyev ili” münasibətilə “Heydər Əliyev və dini dəyərlərimiz” mövzusunda konfrans  keçirilib. Konfransda filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 
Konfransı giriş sözü ilə açan filialın direktoru, r.e.d., dosent Rafiq Rasulov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev həmişə cəmiyyətin milli-mənəvi tərəqqisində xalqımızın tarix boyu formalaşmış çoxəsrlik adət-ənənələrinə, o cümlədən dini dəyərlərinə xüsusi önəm verib. Bununla yanaşı, Ümummilli Lider dini fanatizimi, radikalizmi, dini ekstremezmi dövlətçiliyə və xalqın vahidliyinə ciddi təhlükə hesab edib. Qeyd olunub ki, ölkəmizin milli müstəqillik dövrünün ilk Konstitusiyasının 48-ci maddəsində ölkə vətəndaşlarının dinə münasibətləri  “Vicdan azadlığı” adlanan maddə ilə təsbit edilib. Müasir dövrdə dünyəvi dövlət olan Azərbaycanda dini dözümlülük və tolerantlıq mühiti formalaşıb, multikulturalizmə əsaslanan dövlət-din münasibətlərinin tənzimlənməsində uğurlu təcrübə qazanılıb.
Konfransda filialın elmi işlər üzrə direktor müavini, dosent  Nuralı Çələbiyev “Ümummilli Lider Heydər Əliyev və dini dəyərlərimiz” mövzusunda  məruzə ilə çıxış edib.  Natiq qeyd edib ki, hər bir xalqın dili, tarixi keçmişi, folkloru, ədəbiyyatı, xalq sənətkarlığı, inancları, adət və ənənələri, mədəniyyəti kimi, dini də onun milli-mənəvi dəyərlərinin əsasını təşkil edir. Uzun əsrlər boyu İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin tərkib hissəsi olaraq, onun milli özünüdərkini etnik və dini indentikliyini müəyyənləşdirən amillərdən birinə çevrilib. Heydər Əliyev ümumbəşəri dəyərlərlə yanaşı, həm də dində olan mütərəqqi dəyərlərə  xüsusi yer verib, onun çoxkonfessiyalı ölkə olan Azərbaycanda xalqın mənəvi tərbiyəsində önəmli rol oynadığını qeyd edib. İslam dini dünyəvi dövlət olan Azərbaycanda əsrlər boyu xalqın inanclar sistemində aparıcı rola malik olub və bu gün də insanların şüurunda öz təsirini saxlamaqla mərasimlərdə,  mədəniyyətdə, həyat tərzində, düşüncə və davranışda aşkar şəkildə təzahür etməkdədir. Dos. Nuralı Cələbiyev ölkəmizdə hər il Ramazan və Qurban bayramlarının dövlət səviyyəsində qeyd olunduğunu, məscidlərdə hər gün azan səsləndirildiyini, həcc və ümrə ziyarətlərinin təşkil olunduğunu, yeni məscidlərin tikildiyini, mövcud məscidlərin əsaslı şəkildə yenidən qurulduğunu xüsusi vurğulayıb və bütün bunların xalqımızın dini dəyərlərinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının nəticəsi olduğunu bildirib.  
Çıxış edən Şəki Xan məscidinin imamı, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və etnoqrafiya şöbəsinin əməkdaşı Habil Xəlilov gənclərin elmi biliklərə yiyələnməsində və layiqli vətəndaş kimi yetişmələrində İslam dəyərlərinin önəmli rolundan bəhs edib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search