Oktyabrın 27-də ADPU-nun Quba filialında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Quba Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyin təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Quba Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin zabitləri Nail Əliyev və Azər Rüstəmov yol hərəkəti qaydalarına əməl etməyin hər kəs üçün vacib amil olduğu barədə tələbə-gənclərlə maarifləndirici söhbətlər aparmış və “Yol Hərəkəti haqqında Qanun”da nəzərdə tutulmuş inzibati xətaları əks etdirən maddələr barəsində dolğun məlumat vermişlər.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılmışdır.