Previous Next

ADPU-nun Şamaxı filialında dərs: Heydər Əliyevin siyasi kursu müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır

Oktyabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin siyasi kursu müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır” mövzusunda maarifləndirici dərs keçirilib.
Dərsdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyasının “91”lər hərəkatının və partiya Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova, proffessor-müəllim heyəti və tələbələr iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə tədbir açıq elan olunub.
Çıxış edənlər - Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun Şamaxı filialının direktoru, dos. Tünzalə Yusifova müstəqil müasir Azərbaycanın qurucusu və banisi olan Heydər Əliyevin siyasi kursunun inkişafı sayəsində təşəkkül tapan milli dövlətçilik ideologiyasının öz obyektiv amilləri və qanunauyğunluqları ilə şərtləndiyini və həyati, elmi, siyasi, fəlsəfi məzmunu ilə sosial mühitdə üzə çıxan çoxsaylı obyektiv hadisələrin təzahürü ilə səciyyələndiyini qeyd etmişlər. Azərbaycan tarixinin 44 günlük şanlı Zəfər salnaməsinin müəllifi və Müzəffər sərkərdəsi olan Ölkə Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin siyasi-ideoloji, dövlətçilik ideyalarını uğurla davam etdirməsi bir daha bütün dünyaya göstərir ki, Heydər Əliyevin uzaqgörən siyasəti yaşayır, yaşadır və ölkəmizi parlaq, aydın gələcəyə inamla aparır.
Sonra “91”lərin üzvü Tahir Məmmədov “Heydər Əliyevin siyasi kursu müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır” mövzusunda geniş məruzə ilə çıxış edib.
Sonda mövzu ilə bağlı çıxışlar dinlənilib və xatirə şəkli çəkdirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search