Previous Next

“ADPU 2030 Strateji İnkişaf Planı”nın hazırlanması üçün işçi qruplar yaradılır

Oktyabrın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. Rektor professor Cəfər Cəfərov giriş nitqində ötən dövr ərzində baş verən yeniliklərdən söz açaraq tədris ilinin başlanmasından keçən qısa zamanda Universitetdə beynəlxalq əlaqələrin inkişafı, ictimai-sosial tədbirlər və elmi-pedaqoji layihələrin icrası baxımından xeyli iş görüldüyünü diqqətə çatdırıb.  
Prof. Cəfər Cəfərov çıxışının sonunda İbtidai təhsil fakültəsinin dekanı, psixologiya elmləri doktoru Qızxanım Qəhrəmanovaya professor attestatını təqdim edib.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov “ADPU 2030 Strateji İnkişaf Planı”nın (SİP) hazırlanması haqqında məruzə ilə çıxış edərək, aparılan təhlillər nəticəsində yeni SİP-in hazırlanması üçün müəyyən olunmuş əsas strateji istiqamətlər üzrə işçi qrupların yaradılaraq, qrafik üzrə işçi qrupların hazırladıqları təkliflər əsasında yekun strateji planın təsdiqlənəcəyini diqqətə çatdırıb. Nəzərdə tutulan əsas strateji istiqamətlər əsas alınmaqla İnnovativ tədris, öyrənmə və qiymətləndirmə üsulları işçi qrupu, Elm işçi qrupu, Beynəlmiləlləşdirmə işçi qrupu, Tələbə mərkəzli yanaşma işçi qrupu, Əmək bazarı ilə əlaqə işçi qrupu, Daxili keyfiyyət təminatı işçi qrupu və İnfrastruktur və rəqəmsallaşma  işçi qrupu yaradılacaq. Qeyd olunan işçi qruplar “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “ADPU 2021 Strateji İnkişaf Planı” və ADPU-nun institusional akkreditasiyası üzrə yekun hesabat nəzərə alınmaqla əvvəlcə adıçəkilən istiqamətlər üzrə Universitetin GZİT analizini hazırlayacaq, bunun əsasında isə SİP tərtib olunaraq növbəti ilin əvvəllərində təsdiq olunacaq.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Akkreditasiya komissiyasının yekun hesabatında göstərilən tövsiyə və göstərişlərin icrasına dair ADPU-nun Fəaliyyət Planı layihəsinin müzakirəsi haqqında hesabatı təqdim edən Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov bildirib ki, yekun akkreditasiya hesabatında göstərilən 77 tövsiyə üzrə əsas istiqamətlər üzrə görüləcək işlər fəaliyyət planı layihəsində əks olunur. Bunlar Universitetin inkişaf strategiyası, keyfiyyət təminatı, audit və özünüqiymətləndirmə hesabatları, idarəetmə, tədris, infrastruktur və beynəlmiləlləşmə kimi sahələri əhatə edir. 
Cari məsələlərin müzakirəsində dərslik və monoqrafiyaların nəşrinə icazə veilməsi, professor və dosent elmi adlarının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması və s. müzakirə olunub.
Yekunda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search