Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi “Türkiyə yüzili” proqramı çərçivəsində Türk dünyasından olan gənclərin dostluq görüşündə iştirak edib. ADPU-nun SABAH qruplarının “İbtidai sinif müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi, “Bir Könüllü” Təşkilatının sədr müavini - İnzibati məsələlər üzrə menecer, ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin sədri Nərgiz Quluzadə türk dövlətlərindən olan gənclər arasında Azərbaycanı təmsil edən 4 tələbələrdən biri olub.
ADPU, BANM, UNEC və ADA universitetlərinin tələbələrinin iştirak etdiyi tədbirdə tələbələr İstanbul və Ankara şəhərlərində həyata keçirilən proqramlarda iştirak ediblər. Nərgiz qardaş Türkiyənin tarixi və mədəni abidələri ilə tanış olmuş, eləcə də Atatürkün məzarını ziyarət etdmişdir.
Proqram çərçivəsində Türkiyə Respublikasının gənclik və idman nazirinin köməkçisi Safa Koçoğlu ilə görüşən N.Quluzadə öz fəaliyyəti və həyata keçirilən layihələr barəsində məlumat vermiş, eləcə də Azərbaycan gəncləri adından Nazirliyin “Gənclik” radiosuna öz təəsüratlarını bölüşərək Türkiyə Rspublikasının 100 illiyi münasibətilə bütün türk xalqını təbrik etmişdir.