Previous Next

Şamaxı filialında Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Sosial və xüsusi fənlər kafedrasının təşkilatçılığı ilə “Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib və mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Elmi seminarda çıxış edən filialın direktoru dosent Tünzalə Yusifova bildirib ki, Cümhuriyyətin 100-cü ildönümünün bayram kimi qeyd olunması bütün türk xalqlarının, eləcə də müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş yaratmış mühüm hadisədir. O, Türkiyə Cümhuriyyətinin bir əsrlik dövr ərzində böyük inkişaf yolu qət etdiyini, sosial-iqtisadi və siyasi inkişafa nail olduğunu, modern ordu qurulduğunu, ölkənin regional və beynəlxalq məsələlərdə söz sahibinə çevrildiyini qeyd edib. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı daim öz təsdiqini tapıb, Azərbaycan və Türkiyə qardaş ölkə kimi hər zaman qırılmaz tellərlə bir-birinə bağlı olub.
Sosial və xüsusi fənlər kafedrasının dosenti Zərifə Cavadova “Türkiyə Cümhuriyyətinin yaranması və onun ilk tədbirləri” mövzusunda məruzə ilə çıxış edib.
Sonda tələbələrin mövzu ilə bağlı çıxışları dinlənilib, onların ifasında şeirlər və mahnılar səsləndirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search