Previous Next

ADPU-da “Zəfərli yurdum” mövzusunda tədbir keçirilib

Noyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  Riyaziyyat fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfərli yurdum” adlı tədbir keçirilib. Tədbirdə Universitet rəhbərliyi, fakültə dekanları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən Riyaziyyat fakültəsinin dekan müavini, dosent Elşad Həmidov 8 Noyabr – Zəfər Gününün müasir tariximizə qızıl hərflərlə yazılmış ən önəmli tarixlərdən biri olduğunu diqqətə çatdırıb.
İşğaldan azad olunmuş rayonlar haqqında videoçarx izlənildikdən sonra bədii hissə təqdim olunub. Bədii hissədə Riyaziyyat fakültəsinin IV tədris ili tələbəsi Dilarə Abdullazadə “Xudayar təsnifi”ni ifa edib, müxtəlif rəqs və kompozisiyalar təqdim olunub. “Xankəndiyə” qayıdışı təcəssüm etdirən yallı rəqsi ilə tədbir başa çatıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search