ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsində 44 günlük Vətən müharibəsindəki qələbəyə həsr edilmiş “Zəfər guşəsi”nin açılışı olub.
Tədbirdə Universitetin rektoru, professor Cəfər Cəfərov, prorektorlar, fakültə dekanları və şöbə müdirləri iştirak ediblər.
Tədbirdə fakültənin I Qarabağ müharibəsində və Vətən müharibəsində iştirak etmiş müəllimləri, eləcə də tədbirdə iştirak edən Vətən müharibəsi qaziləri və şəhid ailəsinin üzvləri rektor tərəfindən fəxri fərmanla təltif ediliblər.
Universitetin Məktəbəqədər təhsil fakültəsində də Vətən müharibəsindəki şanlı Zəfəri qeyd etmək və vətən uğrunda canından keçmiş şəhidləri yad etmək məqsədi ilə tədbir keçirilib.
Tədbirdə fakültə dekanı, dosent Nailə Hüseynova, kafedra müdirləri prof. Şəhla Əliyeva, prof. Ramiz Əliyev və prof. Müseyib İlyasovla yanaşı ixtisas kafedraları üzrə TEC sədrləri və fakültənin professor-müəllim heyəti də iştirak edib.
44 günlük müharibənin qəhrəmanlarının xatirəsinin bir dəqiqəlik sükut ilə anılmasıyla başlayan tədbirdə dos. N.Hüseynova çıxış edərək, şəhidlərə Allahdan rəhmət diləyib, Zəfərimizin onların bizə əbədi mirası olduğunu vurğulayıb.
Dekan qeyd edib ki, məhz Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilən Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdə qətiyyəti və siyasi müdrikliyi sayəsində vətənimizin bütövlüyünə nail olduq.