Previous Next

ADPU-nun Quba filialında “Psixologiya gecəsi” keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında "Təhsildə sosial-psixoloji xidmət" ixtisasının tələbələrinin təşkilçılığı ilə “Psixologiya gecəsi” keçirilib.
Tədbirdə filialın direktoru, dosent Yusif Alıyev, “Viqas” Psixoloji Nitq və İnkişaf Mərkəzinin direktoru Fidan Bağırova, “Loqos” Psixoloji və Nitq Mərkəzinin Quba filialının icraçı direktoru Cavad Cavadov, Quba Rayon Mərkəzi Xəstəxanasının Psixologiya bölməsinin psixoloqu Şahbaba Vahabzadə, o cümlədən filialın professor-müəllim və tələbə kollektivi iştirak edib.
Tədbir Azərbaycan  Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 
Açılış nitqi ilə çıxış edən filialın direktoru fiz.ü.e.d. Yusif Alıyev ənənə halını alan hər ixtisasın tələbələrinin təşkil etdiyi bu kimi tədbirləri təqdirəlayiq hal kimi qiymətləndirib və bu ənənənin davam edəcəyinə inandığını bildirib. 
Direktor tələbələrin filialdakı Psixoloji Tədqiqat Mərkəzinin işinə də böyük töhvə verəcəklərinə inamını ifadə edib. 
Göstərilən təqdimatlar, rollu oyunlar, tamaşalar və sərgilər iştirakçılar tərəfindən filialda olan öyrədici mühitin təzahürü kimi dəyərləndirilib.
Sonda fərqlənən əməkdaşlar və tələbələr filial direktoru tərəfindən təltif edilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search