Noyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, mətbuat katibi Cavid Hüseynovun təqdimatında “Təşkilati idarəetmə və motivasiya” mövzusunda seminar keçirilib.
Pedaqoji Universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının üzvləri üçün keçirilən seminarda funksional idarəetmə, qərar qəbuletmə, təşkilat daxilində münasibətlər, işdə rəsmi üslub və korporativ yanaşma, strateji planlama, zamanın idarə olunması, böhran vəziyyətinin idarə edilməsi, heyətin stimullaşdırılması, işə psixoloji hazırlıq, motivasiya, layihələrin idarə edilməsi, təşkilati mühit və təşkilati davranış, şəbəkələşmə bacarığı və qurumların işində media siyasətinin rolu kimi mövzularda müzakirələr aparılıb, praktik situativ vəziyyətlərin təhlili əsasında idarəetmənin sirlərinə toxunulub.
İnteraktiv seminar iştirakçıların sualları ətrafında davam etdirilib. Seminarda 50-dək fəal tələbə iştirak edib.