Previous Next

Pedaqoji Universitetdə Yeni Azərbaycan Partiyasının 31 illiyi münasibətilə tədbir keçirilib

Noyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyətə başlamasının 31 illiyi münasibəti ilə tədbir keçirilib. 
YAP Səbail rayon təşkilatının “Ü.Hacıbəyli 68” Ərazi Partiya Təşkilatı (ƏPT) tərəfindən keçirilən tədbirdə universitet rəhbərliyi, ictimai-siyasi xadimlər, müəllim və tələbələr iştirak ediblər. 
Əvvəlcə, Universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin abidəsi və “Zəfər guşəsi” ziyarət olunub, Ulu Öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.
“Ü.Hacıbəyli 68” ƏPT-nin sədri, dosent Suıtanəli Qurbanovun moderatorluğu ilə davam edən tədbirdə açılış nitqi ilə çıxış edən Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığını qeyd edib. Rektor vurğulayıb ki, məhz belə bir zamanda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi və beləliklə, 1992-ci il noyabrın 21-də xalqın müraciətini qəbul edən Heydər Əliyevin sədrliyi ilə Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransı keçirildi. 
Tariximizin son 31 ilinin YAP-ın fəaliyyəti ilə üzvi surətdə bağlı olduğunu deyən rektor Azərbaycanın YAP-ın banisi olan Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu, Azərbaycan Respublikasının Prezidenti, Partiyanın Sədri cənab İlham Əliyevin davam və inkişaf etdirdiyi inkişaf və tərəqqi strategiyası ilə Böyük Zəfərə nail olduğunu və cənab Prezident tərəfindən cari ilin 15 oktyabrında Xankəndi şəhərinin mərkəzində Azərbaycan bayrağının dalğalandırılması ilə son 30 ildə pozulmuş ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa edildiyini diqqətə çatdırıb.
Tədbirdə iştirak edən YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, AMEA-nın müxbir üzvü, professor Novruz Quliyev, “91”lərin nümayəndələrindən Rizvan Vahabov və ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev qeyd ediblər ki, ölkəmizin bundan sonrakı parlaq və dayanıqlı inkişafı da məhz, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, Yeni Azərbaycan Partiyasının məfkurəsi ilə bağlıdır.
Sonda partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search