Previous Next

ADPU-da “Silahlı münaqişə ocaqlarında həyat fəaliyyətinin təhlükəsizliyi problemi” mövzusunda elmi konfrans keçirilib

Dekabrın 7-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) birgə təşkilatçılığı ilə “Silahlı münaqişə ocaqlarında həyat fəaliyyətinin təhlükəsizliyi problemi” mövzusunda elmi konfrans keçirilib.
Pedaqoji Universitetdə həyata keçirilən konfransda açılış nitqi ilə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev universitetdə belə vacib məsələlər ilə bağlı maarifləndirici konfransın keçirilməsinin əhəmiyyətini vurğulayıb. 
ATGTİ-nin sədri Pərviz Mirələmli təhsil müəssisələrində fövqəladə hallar zamanı icra olunmalı tədbirlərlə bağlı maarifləndirmənin vacibliyini qeyd edib.
Rəsmi hissədən sonra fövqəladə hallarla bağlı tələbələrin məruzələri dinlənilib. Məruzələrdən sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərinə həsr olunmuş videoçarx nümayiş olunub. 
Yekun çıxışı edən FHN-in Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov məruzə edən gənclərin hazırlıq səviyyəsinin qürur doğurduğunu qeyd edərək belə əhəmiyyətli məsələlərin diqqətə çatdırılmasında göstərdikləri fəallığa görə təbrik edib. 
Sonda konfrans iştirakçıları sertifikatla təltif edilib

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search