Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qrupları Rİ-501S tələbələri Flora Əliyeva, Sevin Dursunaliyeva və Röya Aşırova “Gənc mübarizlər” komandası daxilində “Şəhid və qazi övladlarına təhsildə dəstək” layihəsi çərçivəsində könüllülük prinsipləri əsasında bir neçə ay ərzində IV, V və VIII sinif şagirdlərinə onlayn şəkildə riyaziyyat fənnini tədris etdikləri üçün sertifikatla təltif olunublar.