Previous Next

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş debat yarışı keçirilib

Dekabr 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə debat yarışı keçirilib.  
ADPU-nun Şəki filialının Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Debat klubunun və Şəki Regional Debat Mərkəzinin  (ŞRDM) birgə təşkilatçılığı ilə  keçirilən yarışa filialın müxtəlif ixtisaslarında təhsil alan tələbələr qatılıblar. 
Tədbiri ADPU-nun Şəki filialının Karyera Mərkəzinin müdiri Xuraman Həmidova açaraq, iştirakçılara uğur arzulayıb. TGT-nin nəzdində fəaliyyət göstərən  Debat klubunun sədri Nigar Məmmədli  və ŞRDM-in sədri Aysel Sadıqlı debat yarışının mahiyyəti və mövzusu haqqında məlumat veriblər.  Sonra tələbələr debata başlayıblar. 
Debat yarışının sonunda “Ən yaxşı spiker” nominasiyasına layiq olan debatçılar - Müsəllif Bəşirov, Rəqsanə İsayeva, Nihat Əmiraslanov və komandaların məşqçiləri  sertifikat və medallarla təltif olunublar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search