Previous Next

ADPU SABAH qruplarında türkiyəli təhsil psixoloqu ilə görüş

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarının müəllimi Həvva Zamirlinin təşkilatçılığı ilə  psixoloq, pedaqoq hazırlığı mütəxəssisi  Zahidə Oyanın ADPU SABAH qruplarında təhsil alan tələbələrlə görüşü keçirilib.
Psixoloq Zahidə Oyan motivasiya qazanma, təlim prosesində şagirdlərə yanaşma metodları, stresin idarə olunması, şəxsiyyətin inkişafına təsir edən amillər və s. barədə bilik və təcrübələrini tələbələrlə bölüşüb, onlara kitab tövsiyələrini bildirib. 
Maraqla qarşılanan görüşdə psixoloji mövzularda tələbələri düşündürən suallara aydınlıq gətirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search