Previous Next

ADPU SABAH tələbələri Dillər Universitetində ekskursiyada

Dekabrın 15-də ADPU SABAH qruplarının Rİ301S qrup tələbələri Xarici dildə işgüzar və akademik kommunikasiya fənnini tədris edən dosent Vüsalə Ağabəylinin rəhbərliyi ilə Azərbaycan Dillər Universitetinin (ADU) Amerika,  Serbiya, Avstriya, Skandinaviya, Pakistan və Multikulturalizm mərkəzləri ilə tanış olmuş, ali təhsil müəssisəsindəki Konfutsi İnstitutu və  Germanistika İnstitutuna baş çəkmişlər. Görüşlərdə tələbələr əcnəbi mərkəzlərinin fəaliyyəti, onların missiyası, tarixi və yaranması haqqında məlumat almış, mərkəz rəhbərləri və əməkdaşları ilə diskussiya aparmışlar. 
Görüş ADU-nun muzeyində gəzinti, muzey əməkdaşları tərəfindən verilən məlumatların dinlənilməsi və müzakirəsi ilə yekunlaşıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search