Previous Next

ADPU SABAH qrupları komandası beynəlxalq proqramlaşdırma çempionatının yarımfinalçısı olub

11-16 dekabr tarixlərində ADPU-nun SABAH qruplarının tələbələri Gürcüstan Respublikasının Kutaisi şəhərində keçirilən Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma üzrə Cənubi Qafqaz Açıq Çempionatında (komanda və fərdi) iştirak ediblər.
Belə ki, Bakıda keçirilən 48-ci “ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin regional mərhələsində (XIX Azərbaycan Birinciliyi) iştirak edən ADPU SABAH tələbələri Cənubi Qafqaz Açıq Çempionatında (komanda və fərdi) iştirak hüququ qazanıblar. Müsabiqədə Azərbaycanın 23 ali təhsil müəssisəsindən 56 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarət olmaqla) iştirak edib. 
Komandalara 5 saat ərzində 13 alqoritmik məsələni “C”, “C++”, “Java” və ya “Python” proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik sistem ilə aparılıb. 
Qeyd edək ki, Azərbaycan və Cənubi Qafqaz üzrə  müəllimlik ixtisasından çempionatın yarımfinal mərhələsinə vəsiqə qazanan  yeganə komanda ADPU SABAH qruplarının “ASPU SABAH 1” komandası olub (üzvlər Davud Muxtarov, Gülnar Qasımzadə, Ülviyyə Qurbanlı, komanda rəhbəri Əlmusa Atamalıyev).

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search