Dekabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) doktorantları Turan Kərimli, Xanım İbrahimova, Cavid Tapdıqlı, Aida Zeynalova və Leyla Talıbova Təhsilin İnkişafı Fondunun (TİF) Davamlı İnkişaf Mərkəzində doktorantlar üçün “Açıq tədqiqat mənbələrindən istifadə mexanizmləri” mövzusunda təlimdə iştirak ediblər. Təhsilin İnkişafı Fondunun təşəbbüsü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin dəstəyi ilə həyata keçirilən təlimin məqsədi gənc tədqiqatçıları açıq təhsil resursları, onların prinsipləri və istifadə qaydaları, beynəlxalq indeksli jurnallarda çap olunmaq üçün elmi məqalələrin hazırlanması metodologiyası haqqında məlumatlandırmaqdır.
Tədbirdə Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin müdiri Nərgiz İsmayılova, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov, Fondun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin əməkdaşı, layihənin koordinatoru Fəridə Hüseynzadə iştirak ediblər.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin eksperti Sevinc Ədilova tərəfindən keçirilən təlimdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantları iştirak edib.