Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi tərəfindən “Pedaqoji kadr hazırlığında Avropa təhsil sisteminin araşdırılması və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin Azərbaycanda pedaqoji yönümlü universitet və kolleclərin filoloji fakültələrində tətbiqi” adlı qrant layihəsi çərçivəsində Azərbaycan Elm Fondunun maliyyə dəstəyi ilə (Qrant №AEF-MCG-2022-1(42)-12/12/5-M-12) “Dil və ədəbiyyat sahəsində müəllim hazırlığı - Avropa perspektivində” mövzusunda iki günlük təlim keçirilib.
“Beynəlxalq təcrübəyə əsaslanan tədris planlarının tərtibatı” və “Almaniya təcrübəsində müəllim hazırlığı” istiqamətlərini əhatə edən interaktiv təlim ADPU-nun Xarici Dillər Mərkəzinin müdiri, dosent Ülviyyə Hacıyeva və f.ü.f.d., baş müəllim Mirvari Qasımova tərəfindən keçirilib.