Previous Next

ADPU-nun Quba filialında Ramiz Qusarçaylının 65 illik yubileyi qeyd olunub

Dekabrın 25-də Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının birgə təşkilatçılığı ilə filialda görkəmli şair Ramiz Qusarçaylının 65 illik yubileyi ilə əlaqədar “Azərbaycan bayrağını qürurla vəsf edən Vətən şairi” mövzusunda tədbir keçirilib. 
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Səidə Abasova, RİH aparatının məsul şəxsləri, ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmlər doktoru Eynulla Məmmədli, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Şahin Fazil, Əməkdar artist Ağalar Bayramov, elm adanları, şairlər və ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər, filialın kollektivi iştirak edib.
         Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, sevilən və tanınmış şair Ramiz Qusarçaylının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm və tolerantlıq siyasətinin rayon əhalisi arasında təbliğ olmasındakı xidmətləri, həmçinin şeirlərində vətənpərvərlik ruhunun təbliğinə görə layiq görüldüyü təltifləri qeyd edilməklə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun təbrikləri çatdırılmış, çıxış edən natiqlər şairə yeni-yeni yaradıcılıq uğurları arzulamışlar.
Tədbir Quba Uşaq Musiqi məktəbinin və filial tələbələrinin hazırladıqları bədii nümunələr əsasında ədəbi-bədii kompoziya ilə davam etdirilib.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search