Previous Next

ADPU-nun V tədris binasında bakalavriatura və magistratura səviyyələrində qış imtahan sessiyası uğurla davam edir

Yanvarın 7-dən start verilən payız semestrinin qış imtahan sessiyası Azərbaycan Dövlət Pedaqoji Universitetinin V tədris binasında da uğurla davam edir. 
Qeyd edək ki, SABAH qrupları (SABAH qrupları) üzrə bakalavriatura pilləsində təhsil alan 7 qrupun, magistratura pilləsində təhsil alan 2 qrupun və “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşmasında təhsil alan magistr qrupunun imtahanları 5-ci tədris binasında təşkil edilir.
Azərbaycan Dövlət Pedaqoji Universitetində semestr imtahanları əyani qaydada, yazılı və şifahi formatda təşkil olunur. Gün ərzində üç növbədə təşkil olunan imtahanlardan şifahi imtahanların cavabları proses bitən zaman, yazılı imtahanların cavabları isə ən geci 24 saat ərzində elan olunur.
Tələbələrin müraciətlərinə operativ qaydada baxılması üçün Universitetdə İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. 
Tələbələr imtahanın bitməsindən növbəti 2 gün ərzində prosesin təşkili ilə bağlı müraciətlərini İmtahan Qərargahına, imtahan nəticələrindən narazı qaldıqda isə Apellyasiya Komissiyasına müraciət edə bilərlər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search