Previous Next

IQAinAR layihəsi çərçivəsində növbəti təlim səfəri ADPU-da baş tutub

15–19 yanvar tarixlərində Bakı şəhərində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikası və Rusiyada ali təhsil müəssisələrində tədris, öyrənmə və qiymətləndirmə sahəsində təhsilin daxili keyfiyyət təminatının gücləndirilməsi” (IQAinAR) layihəsi çərçivəsində növbəti təlim səfəri keçirilir. Təlimlər layihənin tərəfdaşı olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilatçılığı və ev sahibliyi ilə keçirilir. 
Təlim səfərində IQAinAR layihəsinin koordinatoru olan Niderlandın Vittenborq Tətbiqi Elmlər Universiteti (WUAS) və digər iştirakçıları - Niderlandın “415 International BV” təşkilatı, Azərbaycan Respublikasının Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetinin nümayəndələri iştirak edib.
Açılış mərasimində ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri Qalib Şərifov salamlama nitqi ilə çıxış edib. Daha sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya və lisenziya şöbəsinin baş məsləhətçisi Heydər Rzayev Azərbaycanın ali təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin tətbiqi, Qalib Şərifov isə ADPU-nun daxili keyfiyyət təminatı sistemi barədə təqdimat ediblər.
Azərbaycan universitetlərində də tətbiqi nəzərdə tutulan keyfiyyətə nəzarət siyasəti, institusional səviyyədə həyata keçiriləcək fəaliyyətlər, layihənin qarşısında duran tapşırıqlar müzakirə olunduğu təlimlərdə keyfiyyət meyarlarının pilot olaraq sınaqdan keçirilməsi tövsiyə edilir.      
Qeyd edək ki, ADPU 2021-ci ildən bu layihədə tərəfdaş qismində iştirak edir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search