Previous Next

Pedaqoji Universitetdə 20 Yanvar şəhidləri anılıb

Yanvarın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə dəyirmi masa keçirilib. 
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin ali təhsil müəssisəsindəki abidəsinin və “Zəfər guşəsi”nin önünə gül dəstələri qoyulub, Ulu Öndərin və şəhidlərimizin ruhları etiramla yad edilib. 
    ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında keçirilən anım tədbirində Universitet rəhbərliyi, müvafiq struktur rəhbərləri, fakültə dekanları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov Qanlı Yanvar hadisələri haqqında ətraflı məlumat verərək baş verənlərin xalqımızın azadlıq mübarizəsi tarixində müstəsna əhəmiyyətə malik olduğunu qeyd edib.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Türkoloji Mərkəzin Türk tarixi bölməsinin müdiri, dosent Dəyanət Musayev 20 Yanvar hadisələrindən sonrakı proseslər haqqında fikirlərini söyləyərək, hadisəyə düzgün siyasi qiymət verilməsində Ulu Öndər Heydər Əliyev faktorunun önəmini vurğulayıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search