Previous Next

ADPU-da IQAinAR layihəsi çərçivəsində təlim səfəri yekunlaşıb

15-18 yanvar tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Niderlandın Vittenborg Tətbiqi Elmlər Universitetinin (WUAS)  koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) adlı Erasmus + layihəsi çərçivəsində təlimlər keçirilib. 
Təlimlərdə layihə konsorsiumunun üzvü olan 8 ali təhsil müəssisəsi-İspaniyanın Müqəddəs Entoni Katolik Universiteti (UCAM), Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan Texniki Universiteti (AZTU), Bakı Dövlət Universiteti(BDU) və ali təhsil üzrə qurumun-Niderlandın 415 International BV təşkilatı, Azərbaycan Respublikasının Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndələri iştirak ediblər.
Təlim səfərinin açılış günündə TKTA-nın Akkreditasiya və lisenziya şöbəsinin baş məsləhətçisi Heydər Rzayev Azərbaycanın ali təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin tətbiqi, ADPU-nun Keyfiyyət Təminatı şöbəsinin müdiri Qalib Şərifov isə ADPU-da daxili keyfiyyət təminatı sistemi barədə təqdimat edib. Layihənin yerli tərəfdaşları olan AZTU, BDU və NDU-nun nümayəndələri Orxan Vətənxah, Asiman İlyasov və Lətif Sadıqov mənsub olduqları ali təhsil müəssisələrində bu sahədə aparılan işlərlə bağlı məruzə ediblər.
Təlimin ikinci günündə eləcə də ADPU, UCAM və NDU-nun nümayəndələri II işçi paketi üzrə icra olunan tapşırıqlar, universitetlərdə keyfiyyət təminatı üçün layihə çərçivəsində təkmilləşdirilmiş indikatorlar, habelə onların pilot olaraq tətbiqi məsələlərini müzakirə ediblər. Bundan əlavə, xarici tərəfdaşlar tərəfindən layihənin gedişatı, qarşıya çıxan problemlər və onların həlli yolları, maliyə məsələləri və növbəti işçi paketləri üçün hesabatvermə strategiyası barədə danışılıb.  
Təlimin son günündə layihənin növbəti işçi paketləri üzrə həyata keçiriləcək fəaliyyətlərin təqdimatı edilib və müzakirələr aparılıb, növbəti təlimlər və hazırlanacaq akademik nəşrlər üzrə müvafiq tapşırıqlar verilib. 
Yekunda iştirakçılara sertifikatlar təqdim olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search