Previous Next

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovun TƏBRİKİ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin daim vuran nəbzi və xoşbəxt gələcəyə can atan hərəkətverici qüvvəsini – gənc əməkdaşlarımızı və çoxminli tələbələrimizi Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

  Məlum olduğu kimi, bu əlamətdar gün 1997-ci ildə Ümummilli Lider  Heydər Əliyevin sərəncamı ilə təsis edilmişdir. Əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasəti 2003-cü ildən etibarən  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Ölkə başçısının müstəsna  diqqət və qayğısı cəmiyyət  həyatının bütün sahələrində gənclərin  fəal iştirakına geniş imkanlar açmış, onların  sosial, fiziki, intellektual  və mənəvi  inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

         Uzun illər ərzində aparılan ardıcıl və məqsədyönlü işlər  nəticəsində məhz müstəqillik dövründə yetişən sağlam gənclik işğal altındakı  torpaqlarımızın azad edilməsinin əsas ağırlığını öz üzərinə götürdü, misilsiz qəhrəmanlıq və şücaət göstərərək, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasında misilsiz rol oynadı.

Dövlət siyasətinə uyğun olaraq, ADPU-da da tələbələrin mükəmməl təhsil almasına, gənc kadrların peşəkar inkişafına, məzunların işlə təminatına  dəstək istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Tələbələrimiz və gənc əməkdaşlarımız üçün daha geniş imkanların yaradılması sahəsində müxtəlif layihə və proqramların, müsabiqə və konfransların reallaşdırılması da məhz  bu məqsədə xidmət edir. Məmnunluq hissilə qeyd etmək istərdim ki, bu gün universitetimizdə tələbələrin öz ideyalarını gerçəkləşdirmələri, asudə vaxtlarını səmərəli keçirmələri üçün münbit şərait yaradılıb.

Əziz gənclər!

Bir daha sizi Gənclər Günü münasibətilə təbrik edir, təhsilinizdə, elmi-pedaqoji və ictimai fəaliyyətinizdə yeni uğurlar arzulayıram!

Bayramınız mübarək!

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search