Previous Next

Pedaqoji Universitetdə tələbə gənclər mükafatlandırıldı

Fevralın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə universitet rəhbərliyi ötən il ərzində tədrisdə və sosial-ictimai həyatda xüsusi fərqlənən tələbələrlə görüş keçirib.
Görüşdə 16 nəfər yüksək akademik nəticələr əldə edən tələbə və 18 nəfər ictimai-sosial həyatda fəallığı ilə seçilən tələbə olmaqla, ümumilikdə 34 nəfərə universitet rəhbərliyi adından fəxri fərmanlar təqdim edilib.
Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə baş tutan görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, şöbənin müdiri Turan Kərimli və əməkdaşları iştirak ediblər. 
Mükafatlandırma mərasimində çıxış edən rektor, prof. Cəfər Cəfərov tələbələri təbrik edərək onlara bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayıb, Pedaqoji Universitet rəhbərliyinin daim tələbələrin təşəbbüslərini dəstəklədiyini, onlar üçün müvafiq tədris  və sosial şəraitin təmini, innovativ yanaşmaların tətbiqi istiqamətində davamlı fəaliyyət göstərildiyini diqqətə çatdırıb.
Təəssüratlarını bölüşən tələbələr də öz növbələrində onları maraqlandıran məsələlər haqqında fikir və təkliflərini səsləndiriblər.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search