Previous Next

Pedaqoji Universitetdə Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə ADPU-nun rəhbərliyi, Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları ilə yanaşı ADPU-nun baza məktəbi olan M.Rahim adına 7 nömrəli tam orta məktəbin müəllimləri, eləcə də VII və VIII sinif şagirdləri iştirak ediblər.
Çıxış edən Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov və ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova bu beynəlxalq təşəbbüsün yaranma tarixi və mahiyyətindən bəhs edərək, gənclər və uşaqlar arasında kitaba və mütaliəyə marağın artırılmasında Beynəlxalq Kitab Bağışlama Gününün qeyd olunmasının önəmindən bəhs ediblər.
Vurğulanıb ki, Pedaqoji Universitetdə gənc nəsildə müəllimlik peşəsinə sevgi aşılamaq məqsədi ilə mütəmadi tədbirlər, açıq qapı günləri təşkil olunur.
Daha sonra şagirdlərə kitab və məktəbin kitabxanasına kitab hədiyyələri təqdim olunub. 
Tədbirdən sonra isə şagirdlər və müəllimlər ADPU kitabxanasının fondunda qorunan nadir kitablarla tanış olublar.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search