Hörmətli tələbələr!
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ölkə ərazisində yayılmış qızılca infeksiyasının fəsadlarından qorunmaq üçün xüsusilə həssas olan 40 yaşadək əhalini peyvənd olmağa çağırıb.
Qeyd edək ki, təhlillərə əsasən qızılca virusuna yoluxanların əksəriyyəti heç vaxt peyvənd olunmayan şəxslərdir.
Mövcud vəziyyəti, insan orqanizminin xəstəliklərə qarşı həssas olduğu qış mövsümünü və yeni dərs semestrinin başlanması ilə bağlı yaranacaq fiziki təmasları nəzərə alaraq, peyvənd olunmamış hər bir tələbə və 40 yaşınadək olan əməkdaşlarımızı qızılcaya qarşı peyvənd olunmağa çağırırıq.
Peyvənd olunmaq üçün yaşadığınız ərazidəki müvafiq dövlət tibb müəssisələrinə müraciət edə bilərsiniz.
Unutma, hər şey sağlamlığa bağlıdır.
Ətraflı: https://bit.ly/3SYoLhS
#ADPU #edu #eduaz #qızılca #peyvənd