21-22 fevral tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “BiznesdəSən” layihəsi çərçivəsində tələbələr üçün təlimlər keçirilib.
Layihənin məqsədi gənclərin özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi, biznes ideyalarının formalaşdırılması mərhələləri və uğurlu biznes qurmağın yolları barədə ilkin biliklərin verilməsidir.
Təlimlərdə fəal iştirak edən tələbələr biznesin təşkilinə dair ayrı-ayrı kazuslar əsasında müxtəlif qrup layihələri hazırlayıb, müzakirələr aparılıb.
Təlimin sonunda ADPU-nun Şəki filialının Karyera Mərkəzinin müdiri Xuraman Həmidova filialın QHT-lərlə əməkdaşlığa daim açıq olduğunu, gələcəkdə də bu kimi maarifləındirici və öyrədici tədbir və təlimlərin təşkilinə fəaliyyətlərində xüsusi yer ayrılacağını qeyd edib.