Azərbaycan Təhsil İttifaqı Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİRK) 21 noyabr 2023-cü il tarixli VIII Məclisinin qərarına uyğun olaraq 2024-cü ilin fevral ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ilk təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
Hesabat-seçki yığıncaqları Nizamnamə ilə müəyyən olunmuş səlahiyyət müddətləri bitmiş ilk təşkilatlarda, o cümlədən 8 fakültə və 5 filialda, İnzibatı heyət və təsəffüfat işçiləri arasında keçirilib. Filiallarla birlikdə 2039 nəfər ittifaq üzvündən 81 faizi iclaslarda iştirak edib. 113 nəfərdən ibarət yeni heyət seçilib.
İttifaq üzvlərinin əksəriyyəti müzakirələrdə aktiv iştirak etmiş, öz təklif və iradlarını, məsləhətlərini irəli sürmüşlər. İlk təşkilatların hər birində seçkilər düzgün, “Azərbaycan Həmkarlar İttifaqı orqanlarında hesabat və seçkilərin keçirilməsi qaydası haqqında təlimat”a, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nizamnaməsi və müəyyən etdiyi nümayəndəlik normasına uyğun şəkildə həyata keçirilib.