Previous Next

ADPU-nun Quba filialında gənclər üçün “İşgüzar həyata hazırlıq” təlim proqramı keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasında təhsil alan sonuncu tədris ilinin tələbələri üçün “Karyera planlaması”, “CV və rezümenin yazılması” və “İş müsahibəsinə hazırlıq” mövzularını əhatə edən təlim proqramı təşkil olunub.
Təlimlər filialın Tələbə, məzun və karyera şöbəsinin təşkilatçılığı ilə həyata keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GKİM) Quba-Xaçmaz regional nümayəndəliyinin əməkdaşı, karyera məsləhətçisi Eyvaz Xeyrullayev tərəfindən keçirilən təlimlər çərçivəsində gənclər, fərdi və komanda tapşırıqları da icra edib.
Təlimlərdə iştirak edən gənclərə sertifikatlar təqdim olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search