Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş “Tələbələrin mülki müdafiə bilikləri ilə məlumatlandırılması və risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirilib.
Filialın “Coğrafiya müəllimliyi” ixtisasının I tədris ili tələbəsi Nurlan Qəribovun moderatorluğu ilə keçirilən tədbiri giriş sözü ilə açan filialın Humanitar elmlər fakültəsinin dekanı Mürvət Əliyev bu beynəlxalq günün mahiyyətindən danışıb.
Daha sonra filialın Təbiət fənləri kafedrasının dosenti Natiqə Nəbiyeva “Fövqaladə hadisələrdən müdafiə sahəsində əhalinin məlumatlandırılması” mövzusunda ustad dərsi təqdim edib. Dərs müddətində tələbələrə həm nəzəri, həm də təcrübi məlumatlar verilib.