Previous Next

“Robotex Azərbaycan”da ADPU STEAM Mərkəzinin komandası I yerə çıxıb

Estoniyada yerləşən “Robotex” təşkilatı hər ilin noyabr ayında Estoniyanın paytaxtı Tallin şəhərində dünyanın ən böyük robototexnika festivalı olan “Robotex International”ı təşkil edir. Türkiyənin ən böyük robototexnika festivalı tədbiri isə “Robotex Türkiyə”dir. “Robotex Türkiyə” texnologiya sənayesinin liderlərindən məlumat almaq, yeni startapları kəşf etmək, robotlar istehsal etmək və ən son texnologiyanı kəşf etmək üçün minlərlə mühəndis, menecer, tələbə və ailəni bir araya gətirən ən böyük robototexnika festivalıdır.
2-3 mart tarixlərində ilk dəfə Naxçıvanda “Robotex Azərbaycan Avrasiya Çempionatı” keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) STEAM Mərkəzinin müəllimi Xumarə Qəhrəmanlı və tələbələri Naxçıvan Dövlət Universiteti və “Robotex Türkiyə”nin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Azercell” və “Global Olympic Center”in dəstəyi ilə keçirilən çempionatda iştirak ediblər.
ADPU-nun STEAM mərkəzinin müəllimi Xumarə Qəhrəmanlının mentorluğu ilə tələbələrimiz 2 kateqoriyada yarışmı.lar. Qızlar kateqiyasında “ADPU Girls” komandasında ADPU-nun Riyaziyyat fakültəsinin informatika müəllimliyi ixtisasının IV  kurs tələbəsi Tamara Manaflı və riyaziyyat müəllimliyi ixtisasının məzunu Türkanə Qəhrəmanlı I layiq görülmüşlər. Yaşıl sahibkarlıq kateqoriyasında "Azirrigation" komandasından ADPU-nun riyaziyyat və informatika müəllimliyi ixtisasının SABAH qrupları üzrə V kurs tələbəsi Elmira Poladova isə III layiq görülüb. 
Hər iki komanda aprel ayında Türkiyənin Antalya şəhərində keçiriləcək “Robotex Türkiyə Çempionatı”nda iştirak haqqı qazanıb.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search