Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “ARI Xaricdə Təhsil Mərkəzi” tərəfindən təlim keçirilib.
Mərkəzin Almaniyadan dəvət etdiyi təlimçi Dr. Wolf-Dieter Stotz Universitetin ingilis dili müəllimləri üçün təlim keçib. Təlimdə yaxşı dərsin elementləri, amerikan və İngiltərə ingiliscəsi, motivasiya mətnləri və effektiv qrup işi vasitəsilə tələbələrin cansıxıcılığıyla mübarizə üsulları və ümumilikdə dərslərin daha maraqlı və yaddaqalan edilməsi mövzularında müzakirələr aparılıb.
Qarşılıqlı müzakirələrlə keçirilən təlim 2 gün davam edib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.