Previous Next

ADPU Həmkarlar İttifaqı Komitəsinin XVIII hesabat-seçki konfransı keçirilib

Martın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin (ADPU HİK) XVIII hesabat-seçki konfransı keçirilib.
ADPU-nun fakültələri, struktur bölmələri və filiallarında keçirilmiş hesabat-seçki yığıncaqlarında seçilmiş 197 nəfər nümayəndədən 191 nəfərinin iştirakı ilə baş tutan konfransda, əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Ümummilli Lider Heydər Əliyevin, vətən uğrunda canlarından keçmiş şəhidlərimizin və ötən dövrdə dünyasını dəyişən həmkarlar ittifaqı üzvlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
ADPU HİK Təşkilat Komitəsinin sədri Hüseyn Hacıyevin sədrliyi, Kəmalə İsgəndərovanın katibliyi ilə keçirilən konfransda 2017-2023-cü illər ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edən ADPU HİK sədri, dosent Vaqif Əliyev diqqətə çatdırıb ki, hesabat dövründə HİK tərəfindən üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi, onların müalicə və sağlamlıq imkanları ilə təmin olunması, maddi yardım və mükafatların verilməsi, eləcə də ADPU-da keçirilən mədəni-kütləvi tədbirlərə dəstək göstərilməsi istiqamətində sistemli və müntəzəm fəaliyyət icra olunub. Vurğulanıb ki, Universitet rəhbərliyi ilə bağlanan müqavilə və qurulan çevik əməkdaşlıq mexanizmləri sayəsində əməkdaşların hüquqlarının müdafiəsi sahəsində işlək ortaq mexanizm təsis edilib, müsbət mühit yaradılıb.
ADPU HİK Təftiş Komitəsinin sədri Həcər Hüseynova isə hesabat dövründə təşkilatın fəaliyyəti və universitetlə əlaqələrində şəffaflığın və çevikliyin təmin edildiyini qeyd edib.
ADPU Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə münasibət bildirən Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədr müavini Mirzə Cəfərzadə təşkilatın fəaliyyətini yüksək qiymətləndiriblər. 
Çıxış edənlərdən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, professor Əbülfət Pələngov, professor Müseyib İlyasov, professor İramin İsayev və filiallardan gələn nümayəndələr hesabat ətrafında fikirlərini bölüşüb, yeni istiqamətlər barəsində təkliflərini səsləndiriblər. Hesabat yekdilliklə qəbul olunub.
Daha sonra ümumi səsvermə ilə ADPU HİK-in 35 nəfərdən ibarət yeni heyəti, 3 nəfərdən ibarət  Təftiş Komitəsi və 11 nəfərdən ibarət Rəyasət Heyətinin üzvləri seçilib.
Dos. Vaqif Əliyev konfrans iştirakçılarının yekdil səs çoxluğu ilə yenidən ADPU HİK-ə sədr seçilib.
V.Əliyev ona göstərilən etimada görə konfrans üzvlərinə təşəkkür edərək, bundan sonra da əzmlə çalışacağını diqqətə çatdırıb.
Yekunda həmkarlar ittifaqı hərəkatında səmərəli fəaliyyətinə görə ADPU Həmkarlar İttifaqı Komitəsinin Təşkilat Komitəsinin sədri Hüseyn Hacıyev, baş məsləhətçisi Nigar Rəhimova və Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin fotoqrafı Nurlan Səmədov ATİAHİ RK-nın Fəxri Fərmanı ilə təltif olunub.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search