Previous Next

ADPU-nun Quba filialının tələbələri pedaqoji internaturada

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının sonuncu tədris ilinin tələbələrinin pedaqoji təcrübələri regionda fəaliyyət göstərən təhsil müəssisələrində uğurla davam etdirilir.  Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Quba şəhərindəki 5 təhsil müəssisəsi, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyində filial tələbələrinin pedaqoji internatura üçün nəzərdə tutulan kreditləri qazanmaları üçün şərait yaradılıb.
Artıq müvafiq ixtisaslar üzrə tələbələr tərəfindən sınaq dərsləri keçirilir. Sınaq dərslərində tələbələr  minimum bilik və bacarıqlarnı nümayiş etdirir.  Onları həm təcrübə bazalarından, həm də filialdan ayrılan təcrübə rəhbərləri dinləyir, qiymətləndirir. 
Tələbələrə uğurlu dərs aparmaq, dərsin məntiqi ardıcıllığını müəyyən etmək, şagirdlərə lazım olan dərs vəsaitlərini seçmək, şagird nailiyyətlərini sistematik olaraq qeydə almaq, sinfi idarə edə bilmək, səmərəli təlim prosesi yaratmağın yolları haqqında lazımi tövsiyələr verilir.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search