Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Beynəlxalq əlaqələr şöbəsi və Təlim-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyət meyarları” mövzusunda seminar keçirilib.
Seminarda spiker ADPU-nun Keyfiyyət təminatı şöbəsinin müdiri fizika, dosent Qalib Şərifov IQAinAR layihəsi çərçivəsində Mursiya Katolik Universitetinə səfər zamanı öyrənilmiş tədris, təlim və qiymətləndirmə sahəsində daxili keyfiyyət təminatı prosedurları və mexanizmləri təcrübəsini bölüşüb.