Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Sərxan Cəfərovun məqaləsi Avropa Birliyi ölkələrində “İlin ən çox oxunan 25 məqaləsi” siyahısına düşüb.
Sərxan Cəfərov və həmkarı, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru, dosent Zaur İmraninin 2023-cü ildə Xorvatiyanın yüksək impakt faktorlu, beynəlxalq indeksli “International Journal of Innovation and Economic Development” jurnalında nəşr olunmuş “Еconomic-Geographical Model of Sustainable Development in Manufacturing and Education” adlı elmi məqalələri 2024-cü ildə ResearchLeap – Beynəlxal Elmi-Tədqiqat Araşdırma Platforması tərəfindən aparılan qiymətləndirmədə 2023-cü il üzrə Avropa Birliyi ölkələrində ilin ən çox oxunan 25 məqaləsi siyahısına düşüb.
Məlumat üçün qeyd edək ki, bu məqalə Azərbaycan təhsilində sinergetik yanaşma və inteqrativ istiqamət baxımından yeni yanaşmalardan biridir.
Tədqiqatçı qeyd edir ki, bu nəticələr göstərir ki, Azərbaycan alimlərinin tədqiqatları artıq Avropa alimlərinin də diqqətini cəlb edir.