Previous Next

ADPU-nun məşhur məzunlarından Rafiq Əziz və Ənvər Sadıqova Universitetin 100 illik yubiley medalı təqdim olundu

Martın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov ali təhsil ocağının məşhur məzunlarından görkəmli rəssam, Yedditəpə Universitetinin professoru Rafiq Əziz (Rafiq Əzizov) və tanınmış musiqiçi, Xalq artisti Ənvər Sadıqovla görüşüb. 
Görüşdə, həmçinin ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov və Musiqi və onun tədrisi texnologiyası kafedrasının müdiri, dosent Laçın Həsənova iştirak edib.
Səmimi söhbət şəraitində keçən görüşdə qonaqlar Pedaqoji Universitetlə bağlı xatirələrini bölüşüb, ADPU-da aparılan islahatlar haqqında məlumat əldə ediblər. 
ADPU-nun rektoru, prof. Cəfər Cəfərov Rafiq Əzizov və Ənvər Sadıqova “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 – 2021)” Azərbaycan Respublikasının yubiley medalını təqdim edib. 
Göstərilən xoş münasibətin və illər sonra doğma universitetdə olmalarının təəssüratlarını bölüşən məşhur məzunlar ADPU-nun qonaq kitabına ürək sözlərini yazıblar. Daha sonra rektor qonaqları universitetdə aparılan yeniliklər və tədris prosesi, eləcə də ADPU-nun əsas binasının tarixi hissəsinin bu günü ilə tanış edib.
Qeyd edək ki, türk dünyasının məşhur rəssamı Rafiq Əziz uzun illərdir Türkiyədə yaşayır və fəaliyyət göstərir. O, Türkiyənin  nüfuzlu Yedditəpə Universitetinin professoru, sənətşünaslıq elmləri doktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqı və UNESCO Rəssamlar İttifaqının üzvüdür. Onun Türkiyənin dövlət muzeylərində 150-dən çox tarixi mövzuda yağlı boya əsəri var. Eyni zamanda Türkiyə Dəniz Qüvvələri Komandanlığının sənət layihələrində iştirak edən Rafiq Əzizov tarixi rəsmlərin bərpasında yaxından iştirak edir.
Tanınmış qarmon ifaçısı Ənvər Sadıqov isə Azərbaycan Respublikasının Xalq artisti və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Qaytağı” instrumental ansamblının bədii rəhbəridir. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğuldur.

ÜNVAN MƏLUMATLARI

Üzeyir Hacıbəyli, 68, Bakı,
Səbail, AZ1000

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search